EN

Ermənistan Rusiyadakı səfirini geri çağıracaq


Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bildirilib ki, Arutyunyanı hakim "Vətəndaş sazişi" partiyasından olan deputat Qurgen Arsenyan əvəz edəcək.

"Parlamentin iyulun 12-də keçirilən iclası Qurgen Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o, yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək", - deyə məlumatda bildirilib.
www.anews.az
Chosen
97
11
anews.az

10Sources