EN

Şahzadə Feysal Türkiyəyə gəlir

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Ferhan Əl-Səud rəsmi təmaslar üçün sabah Türkiyəyə səfər edəcək.

News24.az xəbər verir ki, sözügedən səfər Səudiyyə Ərəbistanından Türkiyəyə son 2 həftə ərzində üçüncü nazir səfəri olacaq. 

İyulun ilk həftəsində Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin oğlu, Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman bin Əbdüləziz Əl-Səud və bələdiyyə, kənd və qəsəbə işləri naziri Məcid Əl Hoqail Türkiyəyə səfər ediblər. 

Qeyd edək ki, danışıqlar çərçivəsində Qəzza başda olmaq üzrə Yaxın Şərqdəki hadisələrlə bağlı məsləhətləşmələr aparılacaq.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
news24.az

1Sources