EN

Ermənistan Rusiyadakı səfirini geri çağıracaq?

Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə iddia ilə "Johovurd" qəzeti çıxış edib.

Nəşrin əldə etdiyi məlumata görə, onu hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Qurgen Arsenyan əvəzləyəcək:

"Parlamentin iyulun 12-də keçirilən iclası Q. Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək".

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən Ermənistanda səfir postuna namizədi Prezident Baş nazirin təklifi ilə vəzifəyə təyin edir və ya geri çağırır.

Chosen
71
11
day.az

10Sources