EN

Ronaldo "Əl-Nəsr"lə müqaviləsini uzada bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası Kriştianu Ronaldo ilə müqaviləni uzatmaq istəyir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, klub 39 yaşlı portuqaliyalı hücumçu ilə danışıqlara başlayıb. Ulduz oyunçuya 2026-cı ilin yayınadək yeni sözləşmə təklif edilib.

Ronaldo hələlik yeni müqavilə bağlamağa tələsmir, lakin Avropaya qayıtmaq və ya başqa kluba keçmək niyyətində də deyil.

Portuqaliya millisinin üzvünün “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kriştianu Ronaldo "Əl-Nəsr" forması ilə ötən mövsüm bütün turnirlərdə 45 matçda, 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
18
unikal.az

10Sources