EN

Yemək masasında bu sözlərdən istifadə etməyin

Başqa insanların yemək vərdişləri ilə bağlı edilən xoş niyyətli şərhlər belə şəxsə mühakimə olunduğunu hiss etdirə bilər.

“HUFFPOST” eyni masada yemək yeyərkən qarşınızdakı insana əsla deməməli olduğunuz ifadələri bir araya toplayıb:

“Boşqabındakı hər şeyi yeyəcəksən?"

Bu və buna bənzər ifadələr qarşısnızdakı şəxsə yemək seçimləri ilə bağlı mühakimə olunduğunu hiss etdirə bilər. Siz həmçinin öz boşqabınızın ölçüsü və ya dolğunluğu ilə bağlı şərh verməkdən çəkinməlisiniz. “Mən çox yedim” — ifadəsi , kimisə yediklərinə görə günahkar hiss etdirə bilər.

"Belə yeməkləri heç vaxt yemərəm"

Dr. Preston xəbərdarlıq edir ki, hər hansı səbəbdən kiminsə boşqabında olan yeməkdən necə imtina etdiyinizi ifadə etməyiniz onları utandıra bilər. "Mən heç vaxt bu qədər şəkər yeyə bilməzdim, əks halda kökələcəkdim”. Yemək masasında bu cür ifadələrdən qəti şəkildə çəkinməlisiniz.

“Pəhrizdəsən?”

Preston deyir ki, heç vaxt yeməyin kiminsə bədəninə necə təsir edəcəyi, məsələn, kilo alması və ya itirməsi barədə şərh verməyin. Digər tərəfdən, başqalarının yanında nə yediyinizdən ötrü öz görünüşünüzü pisləməkdən də çəkinin.

“Sağlam görünürsən”

Bu bir tərif kimi səslənə bilər, amma unutmamalısınız ki, qidalanma pozuntusu olan bir şəxs tərəfindən səhv başa düşülə bilər. Çünki kilo aldığını və ya itirdiyini ifadə edərək qarşınzdakı insanı məyus edə bilərsiniz.

"Bu dəfə yediklərin xoşuma gəldi”

Bəzi insanlar, xüsusən də qidalanma pozuntusu ilə mübarizə aparanlar, yeməklərinə diqqət çəkilməsini istəməzlər. Bəzən şərhlərimizi özümüzə saxlamaq daha yaxşıdır.

“Sağlam qidalanmırsan”

Dr. Lauro qidaların “yaxşı”, “pis”, “sağlam” və ya “sağlam olmayan” kimi təsnif edilməsinə qarşıdır. Bu yeməyi səhər yeməyində istehlak etmək zərərli olarmı? Bu kimi ifadələr fərdlərdə utanc hissi yarada bilər. Lauro tərəfindən vurğulanan əsas fikir budur ki, hər hansı qida rasionumuza daxil edilə bilər. Əlbəttə, bir qidaya qarşı allergiyanız yoxdursa, heç bir şey qadağan edilməməlidir.

Nigar Orucova, “İki sahil”

Chosen
121
17
ikisahil.az

10Sources