EN

“Şamaxı” apreli yarımçıq, mayı tam ödəyib

Yenidən elitaya qayıdan "Şamaxı"da maliyyə problemləri yaşandığını, aprel və mayın maaşlarının ödənilmədiyini xəbər vermişdik.

Bir ay əvvəl klubun idman direktoru Kamran İsmayılova müraciət etdikdə yaxın günlərdə maaşların ödəniləcəyini bildirmişdi. Lakin klubda qalan futbolçuların biraylıq maaşı verilsə də, komandanı tərk edənlərin pulsuz qaldığı bildirilir. Görəsən, bu xəbər nə dərəcədə doğrduı? Futbolçuların maaşları nə zaman ödəniləcək? "Football-plus.az" olaraq, bu suallarla yenidən Kamran İsmayılova müraciət etdik:
"Son iki oyunun mükafatını tam ödəmişik. Lakin aprel ayının maaşı heyətin yarısına verilib. Bəzi komandanı tərk etmiş futbolçuların da maaşları verilib. Reallıq belədi ki, bütün futbolçulara pul verməyə hələ ki imkanımız çatmayıb. Komandanın yarısının aprel maaşı və hamısının may maaşı hələ də ödənilməyib. Sözsüz, bütün pullar ödəniləcək. Təəssüf ki, tam şəkildə nə vaxt ödəniləcəyi dəqiq deyə bilmərəm. Çünki bəzi məsələlər var. Onlar həll olunan kimi maaşlar ödəniləcək. Ötən yay da buna oxşar durum yaranmışdı. Daha sonra istər gedənlərin, istərsə də qalanların pulları ödənildi. Bu il də eyni cür olacaq".


GÜNAY SÜLEYMANOVA
Chosen
151
45
football-plus.az

10Sources