EN

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana polad ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana poladixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 21,6 faiz azalaraq,44,7 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyə Azərbaycana 5,3 milyon dollarməbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eynidövri ilə müqayisədə 44,2 faiz azdır", - deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyəninpolad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq,7,9 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faizçoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə15,6 milyard dollar məbləğində polad ixrac edib

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
145
18
az.trend.az

10Sources