EN

Səudiyyə Ərəbistanı Peşəkar Liqa ilə bağlı yeni plan hazırladı

Səudiyyə Ərəbistanı Peşəkar Liqası (SPL) yerli klublarla əməkdaşlıq edərək, çempionatın keyfiyyətini artırmaq üçün strategiya hazırlayıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yenilənmiş strategiyaya növbəti məqamlar daxildir:

– Mövcud müqavilələrin saxlanılması. Bu bənd cari müqavilələrin Səudiyyə Ərəbistanı Peşəkar Liqası klublarının xeyrinə üstünlük qəzanmasını nəzərdə tutur. Öz növbəsində, liqa bu məqsədə çatmaq üçün klubları lazımi resurslarla təmin etməyə hazırdır;

– Strateji satınalmalar. Komandaların keyfiyyətini artırmaq üçün ən yaxşı və istedadlı futbolçuların satın alınması;

– Davamlı inkişaf siyasətinin həyata keçirilməsi. Futbolçular ehtiyac duyduqları dəstəyi almalı və onların çıxışına ədalətli qiymət verilməlidir. Bundan əlavə, Səudiyyə Ərəbistanı klublarının infrastrukturunu və azarkeşlərlə işin keyfiyyətini yaxşılaşdırmaq gərəkdir.

Vurğulanır ki, Səudiyyə Ərəbistanı Peşəkar Liqası daha çox əməkdaşlıq sahələrini araşdırmaq məqsədilə Avropa və Asiyadan olan tərəfdaş liqalarla bir sıra seminarlar keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
arena.az

1Sources