EN

Abituriyentlərin nəzərinə: buraxılış vərəqəsini çap edin

Musiqi sənəti istiqamətinin musiqi müəllimliyi ixtisası (32 və 33-cü qabiliyyət imtahanı komissiyaları) üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması” mütləq gətirməlidirlər.

 

İmtahanlar Gəncə şəhəri üzrə 17 və 18 iyul tarixlərində, Bakı və Naxçıvan şəhərləri üzrə isə 18 iyul tarixində keçiriləcək.

 

Qeyd: 32 və 33-cü qabiliyyət imtahanı komissiyalar üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir.

 

Konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz. 

 

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.

Chosen
54
2
azedu.az

6Sources