EN

AMB-yə daxil olan müraciətlərin icra statusunu izləmək mümkün olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşlara birbaşa və yaxud digər qurumlardan kağız daşıyıcı vasitəsilə ünvanladıqları müraciətlərin icra statusunu izləmək imkanı təqdim edib.

Müraciət edən şəxs contact.e-cbar.az internet səhifəsində yaradılmış digər müraciətlərim xanası üzərindən şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla da müraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləmək üçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.

contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etdikdə icra barədə bildirişlər qeyd edilən mobil nömrəyə, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekun nəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydada göndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətinin izlənilməsi də mümkündür.

Maliyyə xidmətləri istehlakçıları və investorlar AMB-yə müraciətlərini aşağıdakı vasitələrlə ünvanlaya bilərlər:

  • 966 qaynar xətti ilə əlaqə saxlamaqla
  • Poçt ünvanına məktub göndərməklə
  • e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciət etməklə
  • AMB-nin inzibati bina və regional mərkəzlərinə yaxınlaşaraq qəbulda ərizə yazmaqla
  • Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə

"Bununla belə, ölkə Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağız daşıyıcıdan istifadənin azaldılması məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının və investorların AMB-yə contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik. Əlavə sual yarandığı halda 966 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Chosen
146
9
azpolitika.info

9Sources