EN

Tələbələrin köçürülməsi üçün tələb olunan SƏNƏDLƏR

Tələbələrin köçürülməsi prosesinə başlanılacaq. Tələbələrdən bir çoxu köçürülmə  ölkə daxildə universitetlərarası köçürülməyə, universitet daxilində köçürülməyə, eləcə də xaricdən köçürülməyə dair tələb olunan  sənədlər barədə tam məlumatlı deyil.

 

AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan və xarici vətəndaşların köçürülməsi üçün tələb olunan sənədlər barədə ətraflı məlumat üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğunu təqdim edirik:

 

Ölkə daxilində universitetlərarası köçürmə:

 

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);

 

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün)

 

Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri;

 

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.

Universitet daxilində köçürmə:

 

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);

 

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün);

 

Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri;

 

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.

 

Xaricdən köçürülmə:

 

Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);

 

Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün);

 

Xarici dövlətin ali təhsil müəssisəsində aldığı kvalifikasiyaların qismən akademik tanınması haqqında şəhadətnamə;

Xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında və ya beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələrə dair sənəd (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

 

Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak edən şəxslərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) topladığı bala dair arayış;

 

Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş);

 

Dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramlarından xaric olunma barədə arayış (dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə);

 

Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.

Chosen
78
9
azedu.az

10Sources