EN

Bayden bu dəfə Zelenskini Putinlə səhv saldı - VİDEO

ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitində çıxışı zamanı yenə də öz qeyri-adi hərəkələri ilə yadda qalıb.SeherXeber.org xəbər verir ki, Bayden bu dəfə çıxışı zamanı Ukrayna ilə Rusiya prezidentlərini səhv salıb:

“İndi sözü  cəsarəti olduğu qədər də qətiyyətli olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - Bayden bildirib.

O, səhvini tez anlayaraq çıxışına düzəliş edib: “Prezident Putin? O (Zelenski nəzərdə tutulur-red) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.

Baydenin yaxınlığında  dayanan zelenski də zarafatından geri qalmayaraq deyib: "Mən yaxşıyam". Bayden isə buna cavab olarq deyib:  "Sən lap əlasan". MürtəzaSeherXeber.org

Chosen
135
50
seherxeber.org

10Sources