VI çağırış Milli Məclisin deputatı Elşən Musayevin sdəri olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası bu gün tələb olunan sənədləri MSK-ya təqdim edəcək.
Bunu Modern.az-a açıqlamasında Elşşən Musayev özü deyib.
"Bəli, seçkilərdə iştirak edəcəyik və bu gün tələb olunan sənədləri MSK-ya təqdim edəcəyik.
Konkret olaraq mənim və digər partiya nümayəndələrinin hansı dairədən namizəd olması haqda qərarımız isə yaxın 2-3 gün ərzində partiyanın mətbuat xidməti tərəfindən mediaya açıqlanacaq", - Elşən Musayev bildirib.