Kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, müharibə əlili Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib.AFN.az xəbər verir ki, S.Aslanov bu gecə Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda dünyasını dəyişib.31 yaşlı Səxavət evli idi və 3 övladı var. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. "Vətən Müharibəsi İştirakçısı” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.Son günlər S.Aslanovun müalicəsi üçün kampaniya başladılıb, vəsait yığılırdı. Həkimlər ona ilik köçürülməsini məsləhət görmüşdülər. Əməliyyat üçün bacısı donor olmağa razılaşsa da, onların qan dəyərləri uyğun gəlməmişdi. Səxavətin Türkiyədə əməliyyat olunması üçün 150 min manata ehtiyac vardı.