EN

Ölkə əhalisi tibbi məhsullara 621 mln. manat pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 621,2 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,6% azdır. 

Qeyd edək ki, ötən 6 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
77
1
banco.az

2Sources