Ukraynanın müttəfiqlərinin əlavə F-16 təyyarələri təqdim etmələri barədə bu gün qərar verəcəklərini gözləyirəm.
Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.
“Bu gün biz Vaşinqtonda işimizi davam etdiririk. Xüsusilə, F-16 təyyarələri ilə bağlı qərar çox yaxında veriləcək. Biz Ukraynaya veriləcək təyyarələrin sayını artırırıq”, - Zelenski Teleqram kanalında bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Niderland və Danimarkadan ilk döyüş təyyarələrinin artıq Ukraynaya göndərilməyə hazırlandığını bildirib. Zelenski isə razılaşdırılmış sayda F-16-ların kifayət olmadığını, Rusiyaya qarşı mübarizə üçün ən azı 128 qırıcıya ehtiyac olduğunu vurğulayıb. /bakivaxti.az/