EN

Mağazalarda nə qədər pul xərclədiyimiz açıqlandı – Rəsmi

Bu ilin ilk yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manat xərcləyib.Xərclənən vəsaitin 245,9 manatına ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatına isə qeyri-ərzaq malları alınıb.Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manat xərcləyib. Bu vəsaitin 244 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188,5 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.Rəqəmlərdən də görünüdyü kimi, ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən aylıq vəsait 1,9 manat (0,8%), qeyri-ərzaq mallarına xərclənən vəsait isə 11,3 manat (6%) artıb.(yeniavaz.com)RUBRİKA.AZ





Facebook-da paylaş

Chosen
133
3
rublika.az

4Sources