Bakı. Trend:
İraq məhkəməsi öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadininhəyat yoldaşı barədə ölüm hökmü çıxarıb.
Trend xəbər verir ki, bubarədə İraqın paytaxtı Bağdadda yerləşən məhkəmənin mətbuat xidmətiməlumat yayıb.
Məlumata görə, məhkəmə Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı EsmaMəhəmmədinin İŞİD-lə əməkdaşlıq etdiyinin, həbs edilən yezidiqadınları öz evində saxladığının, sonra isə onların İŞİDyaraqlıları tərəfindən qaçırılmasına kömək etdiyinin sübutayetirdiyini bildirib.