EN

Boks millimiz Olimpiadaya hazırlığı Almaniyada davam etdirəcək

Boks üzrə Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqların son mərhələsi üçün Almaniyaya yollanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.

Komandamızın heyətində olimpiyaçılarımız – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Toplanış iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Chosen
87
8
arena.az

10Sources