EN

NATO-daki yekun fikir Azərbaycana dəstək fikridir- ÖZƏL

"Azərbaycanla NATO arasında müstəqilliyin ilk illərindən bəri yaxşı münasibətlər vardır. Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" konsepsiyasının üzvüdür və Azərbaycan NATO-nun bir çox proqramında iştirak etmişdir". 



Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Hətta NATO-da bizim Türkiyə, Macarıstan kimi çox yaxşı müttəfiqlərimiz var. Təəssüflər olsun ki, NATO-da Azərbaycan əleyhinə kimsələr də var. Hətta bu NATO üzvləri Ermənistanı Azərbaycana qarşı silahlandırmaq həvəsinə düşmüş, Azərbaycana qarşı ərazi iddialarında olan separatçılara hərbi dəstək göstərmişdilər. Lakin buna rəğmən NATO-daki yekun fikir Azərbaycana dəstək fikridir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
olaylar.az

1Sources