EN

ABŞ-da məktəblərdə mobil telefondan istifadə məhdudlaşdırılacaq

ABŞ-ın Virciniya ştatında dövlət məktəblərində şagirdlərin dərs saatlarında mobil telefon və sosial mediadan istifadəsini məhdudlaşdırılacaq.

E-huquq.az xəbər verir ki, bu bardə Virciniya qubernatoru Glenn Youngkinin qərar imzalayıb.

Məlumata görə, şagirdlərin dərs saatlarında mobil telefondan istifadəsinin məhdudlaşdırılması və ya qadağan edilməsi istiqamətində əməli tədbirlər görüləcək.

Virciniya Təhsil Departamentinin sözçüsü Todd Reid qubernatorun qərarı 2025-ci ilin yanvarına qədər məktəblərdə tətbiq ediləcək.

Qeyd edək ki, Kaliforniya ştatında Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti iyun ayında tələbələrin akademik saatlarda mobil telefonlardan və sosial media platformalarından istifadəsini qadağan edən qərarı təsdiqləyib.

Şəbnəm Mehdizadə

Chosen
151
50
e-huquq.az

10Sources