NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Bayramov alyansın Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kolomina ilə görüşüb.
Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, o cümlədən mühüm infrastrukturun qorunması, hərbi təhsil və minalardan təmizləmə məsələləri müzakirə edilib.
Bundan əlavə, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regional-beynəlxalq təhlükəsizlik sahəsində çağırışları müzakirə ediblər.
Ülviyyə, Hurriyyet.az