EN

Hafiz Babalının həbs müddəti uzadıldı

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.


Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.


Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.
Chosen
122
26
bakupost.az

10Sources