Bakı. Trend:
Gürcüstanın Avropa İttifaqına qoşulması prosesidayandırılıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunujurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiriPavel Qerçinskiy deyib.
Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİliderləri üçün aydın deyil:
“Xarici təsirin şəffaflığı haqqında” qanun 9 bənd üzrənailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinəritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamiləuyğun gəlmir”.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirinşəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedənqanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının vəKİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illikbəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədəvətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.