Çin iyulun 9-dan 13-dək Sarı dənizdə hərbi təlimlər keçirəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında məlumat verilib. Məlumata görə, təlim iyulun 9-da yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 04:00-da) başlayacaq və iyulun 13-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 04:00-da) başa çatacaq. Məlumatda təlimlərə hansı qüvvə və vasitələrin cəlb olunacağı açıqlanmayıb.