Elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb.
Bu barədə Ednews-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.