EN

“Neftçi” Ərzurumda 4 sınaq matçı keçirəcək

2024/2025 mövsümünə hazırlığını davam etdirən “Neftçi” bu gün Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümə hazırlığın Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” artıq Türkiyədədir. Ərzurum bölgəsində təşkil olunmuş toplanış iyulun 26-na qədər davam edəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi barədə məlumat verilmir.

Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü 5-ci pillədə başa vurduğu üçün avrokuboklara vəsiqə qazana bilməyib.

Chosen
52
arena.az

1Sources