EN

Tezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması mümkün olacaq - Vüqar Bayramov

Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsinin hazırda davam etdiyini açıqlayıb. Bu, o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“ÖdÉ™niÅŸ xidmÉ™tlÉ™ri vÉ™ ödÉ™niÅŸ sistemlÉ™ri haqqında” Qanuna uyÄŸun olaraq elektron pul təşkilatı elektron pulu emissiya vÉ™ elektron pulla É™laqÉ™li ödÉ™niÅŸ É™mÉ™liyyatlarını icra edÉ™n, eyni zamanda, lisenziyasında nÉ™zÉ™rdÉ™ tutulduÄŸu halda digÉ™r ödÉ™niÅŸ xidmÉ™tlÉ™rini hÉ™yata keçirmÉ™k hüququ olan hüquqi ÅŸÉ™xsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası vÉ™ elektron pul ilÉ™ ödÉ™niÅŸ É™mÉ™liyyatlarının icrasını, ödÉ™niÅŸ É™mÉ™liyyatlarının aparılması üçün vasitəçilik xidmÉ™tini, kredit köçürmÉ™si, birbaÅŸa debitləşmÉ™, ödÉ™niÅŸ kartı vÉ™ ya digÉ™r oxÅŸar ödÉ™niÅŸ alÉ™tlÉ™ri ilÉ™ ödÉ™niÅŸ É™mÉ™liyyatlarının icrasını, ödÉ™niÅŸ alÉ™tlÉ™rinin emissiyası vÉ™ (vÉ™ ya) ödÉ™niÅŸ É™mÉ™liyyatının ekvayrinqini, pul köçürmÉ™sini vÉ™ s. xidmÉ™tlÉ™ri hÉ™yata keçirÉ™ bilir.

Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması mümkün olacaq. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu, banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.

Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub" - deyə o bildirib.

Fuad Mədətov
Fins.az

Chosen
62
49
fins.az

10Sources