EN

Hindistanda daşqınlarda ölənlərin sayı artıb

Hindistanın şimal-şərqində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 78-ə yüksəlib.

İqtisadiyyat.az bu barədə NDTV-ə istinadən xəbər verir.

Məlumata görə, Hindistanın şimal-şərq əyalətlərində leysan yağışlar və daşqınlar təsirini davam etdirir.

Minlərlə insanın evlərindən təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştatın müxtəlif yerlərində 269 düşərgə qurulduğunu, 53 mindən çox insanın sığınacaqla təmin olunduğunu bildirib.

 

Gözəl Həşimova

Chosen
80
5
iqtisadiyyat.az

6Sources