EN

İki şəhid anası əsgərlərə pay APARDI – FOTOLAR

İki şəhidin bir anası var – Zeynəbdir adı. İki oğılunu Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid verib: Mehman Dilqəm oğlu Bayramov 1992-ci ildə, Vaqif Dilqəm oğlu Bayramov isə 2016-çı ilin aprel döyüşlərində şəhid olub.

Modern.az xəbər verir ki, saçlarını Vətən dərdi, oğul dərdi ilə ağardan ana, Zəfər və Qələbə müjdəmizdən sonra tez-tez tarix yazan Vətən oğulları ilə görüşür, aldığı pensiyasından onlara hədiyyələr, bayram sovqatları göndərir.

Bu günlərdə şəhidlər anası Zeynəb Bayramova Azərbaycan Ordusunun 103 illiyi münasibəti ilə N saylı hərbi hissədə Vətənə xidmət edən zabit və əsgərlərimizin görürüşünə gedib. Bu görüşə gedərkən nəvələrini də Zəfər qazanmış əsgərlərin və zabit heyətinin görüşünə aparıb.

Evində bişirdiyi nemətlərlərlə onların süfrəsini bəzəyib, öz əlləri ilə gənc əsgərləri yedirib. İki gəlini isə həmin əsgərlərin qulluğunda dayanıb.

Hərbi hissənin şəxsi heyəti Bayramovlarla xatirə şəkilləri çəkdirib, Vətənə hər zaman qulluğa hazır olduqlarını deyiblər. Korpusun komandiri və əsəglər şəhid Vaqif Bayramovun oğlu 6 yaşlı Ümidin qarşısında hərbi keçid təşkil ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
2
moderator.az

3Sources