EN

Kursk vilayətində raket təhlükəsi elan edilib

Kursk vilayətində raket təhlükəsi elan edilib.

 

Oxu24.com xəbər verir ki, bu barədə vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov özünün Telegram kanalında məlumat verib.

 

“Evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız: dəhlizdə, hamamda, kilerdə. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”,- deyə yazıb.

 

Bundan əvvəl vilayətin qubernatoru Vyaçeslav Qladkov Belqorod vilayətində raket təhlükəsi olduğunu açıqlamışdı. TASS müxbiri raket təhlükəsi fonunda Belqorodda baş verən partlayışlar barədə məlumat verib.

 

İyulun 7-də axşam saatlarında Voronej vilayətinin başçısı Aleksandr Qusev hava hücumundan müdafiə qüvvələrinin bölgə üzərində bir neçə təyyarə tipli pilotsuz uçuş aparatını aşkar edərək məhv etdiyini açıqlayıb.

 

Qusev həmçinin bildirib ki, Podqorenski rayonunda pilotsuz təyyarənin vurulması nəticəsində sursat anbarında yanğın baş verib.

 

Bundan əvvəl Ukraynaya məxsus PUA Belqorodun yaşayış massivinə düşüb.

 

Nigar

 

Chosen
154
5
oxu24.com

6Sources