EN

"Liverpul"dan ayrılan qapıçının yeni iş yeri açıqlandı

Dünən "Liverpul"dan ayrılan qapıçı Adrianın yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 37 yaşlı qolkiper La Liqa təmsilçisi "Betis"lə müqavilə bağlayacaq. Mənbə keçidin bu həftə elan ediləcəyini vurğulayıb.

Xatırladaq ki, sözügedən oyunçu ötən mövsüm "qırmızılar"ın heyətində 1 oyuna da çıxmayıb. Ümumilikdə mersisaydlıların sıralarında 26 matçda iş başında olan Adrian bu qarşılaşmalarda 36 qola üzülüb. Sözügedən "çərçivə" qoruyucusu  İngiltərə nəhəngində forma şansı qazandığı görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı ispaniyalı futbolçunun transfer qiymətini 600 min avro ilə dəyərləndirir.

Nihat   

Chosen
30
fanat.az

1Sources