Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.
Demokrat.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov deyib, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.
"Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.
Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər".
10Sources
-
sportinfo.azAzərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq ( 8460035)
-
turkustan.azPullar oğurlanmayacaq, 2-3 qəpik dərdi də çəkməyəcəyik ( 8428877)
-
cebheinfo.azPullar oğurlanmayacaq, 2-3 qəpik dərdi də çəkməyəcəyik ( 8426126)
-
businesstime.azElektron pullar dövriyyəyə buraxılacaq ( 8425178)
-
fins.azTezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması mümkün olacaq - Vüqar Bayramov ( 8424728)
-
sherg.azElektron pullar dövriyyəyə buraxılacaq ( 8413862)
-
olke.azAzərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq ( 8413751)
-
az.trend.azAzərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq ( 8413145)
-
demokrat.azAzərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq ( 8411684)
-
demedia.azAzərbaycanda yeni pullar dövriyyəyə buraxılacaq ( 8410487)