EN

"Çimərliklərə nəzarət  güclənməlidir" - Ekspert

"Dənizə gedərkən özünüzlə sulu meyvələr, qarpız, yemiş və eləcədə müxtəlif meyvələr aparın".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. 

Professorun sözlərinə görə, dəniz kənarında pikniklərin edilməsi adət halını alıb və ona qadağa qoymaq olmaz:
 


"Bu, insanların məşğuliyyətidir və ona hər hansı qadağalar da yoxdur. Ona görə də bu məsələdə insanlar azaddır. Amma dənizə gedərkən ağır yeməklərin aparılması məsləhət deyil. Çünki yeməklər günəş şüası altında qalır. Xüsusi ilə də alkoqollu içkilər, bunlar çox vaxr faciələrə gətirib çıxardır. Qanın qatlaşması fonunda insan istidə həddən artıq su itirir. Bir tərəfdən də yağlı yeməklərin, alkoqollu içkilər dəniz kənarında qızmar günəş altında qəbul edilməsi tövsiyyə edilmir. Bu içkilərdən sonra dənizdə batma halları müşahidə olunur. Müxtəlif mübahisələr, davalar olur, bir sözlə kriminal hadisələr baş verir".

Adil Qeybulla vurğulayıb ki, dəniz kənarında olan kafelər, insanlara xidmət göstərən iaşə obyektlərinin sahibləri bunları nəzərə almalıdır: 

"Ciddi şəkildə bu işə nəzarət olmalıdır". 

Bahar Rüstəmli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
qaynarinfo.az

1Sources