Ermənistanın paytaxtında sakinləri narahat edən yeni ciddi problem yaranıb. News365.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Qeyd edilir ki, söhbət yersiz şəkildə verilən avtomobil siqnallarının sayı o qədər artıb ki, artıq insanlar pənəcərələri belə aça bilmirlər.
"Mayın 25-dən iyulun 3-dək İrevan meriyasına ictimai nəqliyyatla bağlı 148 etiraz müraciəti daxil olub. Onlardan 117-si sürücülərin pis davranışı ilə bağlı olub. Mer Avinyan son iclasda çıxışı zamanı deyib ki, siqnal səslərinin sayının inanılmaz dərəcədə artması narahatlıq doğurur. O qeyd edib ki, elə proqram təqdim edilməlidir ki, meriyaya bir daha sərnişin-sürücü münasibətləri ilə bağlı bu qədər çox müraciət daxil olmasın” – nəşr yazıb.
Tural
News365.az