EN

Böyrək xəstəliklərinin az bilinən ƏLAMƏTLƏRİ

"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər".
 
Bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib.
 
Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər.
 
Ətsiz və dadlı kotlet necə bişirmək olar?
Bişmiş kartofu daha dadlı necə etmək olar? – Hamı bilmir
Hər gün şorba içmək olarmı? - Mütəxəssislərdən məsləhət
"Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - həkim bildirib.
 
Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır.
"Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib.
 
Bundan əlavə, böyrək problemləri şişkinlik, nəfəs darlığı və qan təzyiqi problemlərinə, həmçinin bütün bədəndə narahatlıq və ağrıya səbəb ola bilər.
Chosen
73
8
moderator.az

10Sources