EN

NATO masasında YENİ UKRAYNA PLANI: Tramp qalib gəlsə, nə baş verəcək?

Şimali Atlantika Müqaviləsi Təşkilatının ( NATO ) nümayəndələri Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya uzunmüddətli dəstəyin təmin edilməsi planı hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb .

Nəşrin məlumatına görə, planda üç əsas məqam var. NATO mümkün münaqişələri azaltmaq üçün Tramp qalib gələcəyi təqdirdə onunla münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Blok həmçinin Avropa ölkələrində müdafiə xərclərini artırmağa hazırlaşır. Bundan əlavə, alyans Trampın NATO işlərinə müdaxiləsindən qorunmaq üçün yeni diplomatik və hüquqi tədbirlər hazırlamaq niyyətindədir.

İyulun 7-də “Politico” yazıb ki , ABŞ-ın NATO müttəfiqləri Amerika prezidenti Co Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən ehtiyat edirlər.

Chosen
190
50
publika.az

10Sources