EN

Parisdə mitinq başladı: "Biz qalib gəldik!"

Fransanın paytaxtı Parisdə solçu Yeni Xalq Cəbhəsinin tərəfdarları mitinqə başlayıblar.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onlar “Biz qalib gəldik” şüarları səsləndirirlər.

Məlumata görə, meydanda polis naryadları gücləndirilmiş rejimdə çalışır.

Qeyd edək ki, seçkinin nəticələri ilə bağlı məlumatlar hələ ki, qeyri-səhihdir. BFMTV-nin iddiasına görə, solçu Yeni Xalq Cəbhəsi seçkidə liderlik edir. /axar.az/

Chosen
168
2
turkustan.az

10Sources