Avstraliyalı aktrisa və prodüser Marqot Robbi ilk dəfə ana olacaq.
OXU24.COM xəbər verir ki, dairəvi qarnı olan məşhurun ​​fotolarını "Daily Mail" nəşr edib.
Paparazzilər hamilə aktrisanın fotolarını İtaliyanın Komo gölündə gəmiyə minərkən çəkiblər. Onun yanında əri Tom Akerli olub.