Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu zərərçəkmiş Afət Quliyevanın özü deyib.
O bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub. A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb. Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, "İbrahim-Q" MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
10Sources
-
tribunainfo.azEvi qanunsuz sökülən qadınla bağlı yeni xəbər ( 8399660)
-
mediaxeberleri.azEvi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ödənildi ( 8399444)
-
sonxeber.azEvi qanunsuz sökülən qadınla bağlı yeni xəbər ( 8397785)
-
regionxeberlericom.azEvi qanunsuz sökülən qadınla bağlı yeni xəbər ( 8394278)
-
hit.azEvi qanunsuz sökülən qadınla bağlı yeni xəbər ( 8394029)
-
medianews.azEvi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ödənildi – VİDEO ( 8393726)
-
turanpress.comEvi sökülən qadınla bağlı xoş xəbər ( 8393606)
-
azpolitika.infoEvi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ödənildi ( 8393240)
-
sfera.azEvi qanunsuz sökülən qadınla bağlı yeni xəbər ( 8393222)
-
metbuat.azEvi sökülən qadınla bağlı ( 8393276)