EN

Bu gün müğənni Rüfət Mehdiyevin doğum günüdür

Bu gün tanınmış müğənni Rüfət Mehdiyevin doğum günüdür.

 R.Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

Müğənni Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. O, "Space" televiziyasında hazırlanmış "Qış nağılı" (2004) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

Onun ifasında dinlədiyimiz "Darıxdım", "Həyatı sevirəm", "İl keçdi" və s. kimi mahnılar hələ də onu xatırlayanların yaddaşındadır.

R.Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib.

O, Nizami rayon qəbiristanlığında dəfn edilib.


Chosen
202
3
news365.az

10Sources