Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu raundun cütləri ABŞ-də təşkil edilən turnitin 1/4 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.
Kolumbiya Panamanı 5:0 hesabı ilə darmadağın edib. Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qalib gələn (4:2) Uruqvay adını yarımfinala yazdırıb.
Yarımfinal mərhələsində Argentina Kanada, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Oyunlar uyğun olaraq 10 və 11 iyulda gerçəkləşəcək. Final görüşü iyulun 14-də baş tutacaq.