EN

Ərdoğan: “Suriya ilə əlaqələrimizi keçmişdəki səviyyəyə çatdırmaq istəyirik”

“Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə dünən Suriya ilə düşmən olmayıb:

“Biz Əsəd ailəsi ilə görüşürdük. Ona dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrini keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər".

Ərdoğan əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür.

"Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!” - Türkiyə prezidenti qeyd edib.

Bizim.Media

Chosen
84
9
bizim.media

10Sources