EN

Amir Bilali “Səbail”də - Rəsmi

Şimali Makedoniyanın “Qostivar” klubunun albaniyalı mərkəz müdafiəçisi Amir Bilali bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” PFK daha bir futbolçunu heyətinə cəlb edib. “Dənizçilər” son klubu Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı albaniyalı mərkəz müdafiəçisi yeni komandasında 44 nömrəli formada çıxış edəcək.

Bilali 2023-cü ilin iyul ayından formasını geyindiyi “Qostivar”da 22 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Şkupi”, “Akademika Klinçe”, “Teuta”, “Rabotniçki”, “Sutyeska”, “Çelye”, “Bilis”, “Akjayık”, “Mezököveşd”, “Partizani” kimi klublarda da çıxış edib. Şimali Makedoniyada dünyaya göz açmış Amir, Albaniyanın U-19 yığmasında forma geyinsə də, sonradan əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Səbail” daha öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”) və Vüsal Məsimovu (“Kəpəz”) da heyətinə qatmışdı. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.

Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə bu komandanı tərk edib.

Chosen
13
16
arena.az

10Sources