EN

14 polis iş adamlarından pul tələb etdikləri üçün həbs olundu

Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 14 bələdiyyə polisi və Afina meriyasının əməkdaşlarını həbs ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "ieidiseis.gr" informasiya portalı Afina meriyasına istinadən məlumat yayıb.

Onlar iş adamlarından pul tələb etməkdə ittiham olunur.

Məlumata görə, cinayətkarların qanunsuz gəlirləri ildə 700 min avronu keçib. Yunanıstan polisinin antikorrupsiya əməliyyatı çərçivəsində 9-u dövlət qulluqçusu olmaqla 14 nəfər həbs edilib, onlardan 439 min 140 avro, mobil telefonlar, noutbuklar, sərt disklər və digər əşyalar götürülüb.

Həbs olunanlar əsasən Afinadakı restoran, kafe və bar sahiblərindən pul tələb ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
60
13
redaktor.az

10Sources