EN

Ərdoğan Əsədə görüş üçün dəvət ünvanlayacaqlarını açıqlayıb - YENİLƏNİB

Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb: “Biz Əsəd ailəsi ilə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər. Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür. Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!”.

***15:55

Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.

Bnuu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.

O, bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir:

"Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk prezident seçildi. Yeni prezident Məsud Pezeşkiyan türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada kürdcə danışa bilir. O, həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm".

Chosen
81
9
korrespondent.az

10Sources