EN

Beyləqanda içərisində yük avtomobil olan anbar yandı

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “KamAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb. Anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
20
19
e-huquq.az

10Sources