EN

Dünyadakı hər kəsə xəbərdarlıq! Bütün zamanların ən böyük parol sızması baş verdi

Dünya üzrə təxminən 10 milyard parol açıqlanıb, parolları ehtiva edən rockyou2024 mətn faylı ObamaCare istifadəçi adı ilə paylaşılıb. 

 Litvada yerləşən onlayn təhlükəsizlik xəbərləri dərc edən Cybernews sızmadan sonra dünyada hər kəsə təhlükəli vəziyyətlər barədə xəbərdarlıq edib.

2021-ci ildə 8,4 milyard istifadəçinin parollarını paylaşan ObamaCare istifadəçi adı olan şəxs təxminən 1,5 milyarddan çox istifadəçinin parollarını paylaşaraq yeni rekord qırıb.

Onlayn təhlükəsizlik xəbərləri dərc edən Litvada yerləşən CyberNews araşdırma qrupu paylaşılan parolların RockYou2024 adlı mətn faylı ilə forum saytına yükləndiyini ortaya qoyub.

RockYou2024 faylında cəmi 9 milyard 948 milyon 575 min 739 nəfərin parolları yer alıb.

RockYou2024-ün bir sıra məlumat pozuntularına, maliyyə fırıldaqlarına və şəxsiyyət oğurluğuna töhfə verə biləcəyinə inanan CyberNews araşdırma qrupu sızan parollardan sonra bütün dünyadakı istifadəçilərin təhlükəli vəziyyətlərdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

“RockYou2024 sızması mahiyyətcə bütün dünyada fərdlər tərəfindən istifadə edilən parolların məcmuəsidir. Təhlükəli aktorlar üçün bu qədər çox parolun aşkarlanması gözlənilməz riskləri əhəmiyyətli dərəcədə artırır. Bu, həmçinin müxtəlif onlayn hesablara icazəsiz girişə səbəb ola bilər”, – deyə ədqiqat qrupu yazıb.

Qeyd edək ki, ObamaCare əvvəllər Simmons & Simmons adlı hüquq firmasının məlumat bazasını, AskGamblers adlı onlayn kazino saytını və ABŞ-dakı Rowan College adlı məktəbin tələbə müraciət platformasını paylaşmışdı.


Chosen
6
1
news365.az

2Sources