İspaniya millisinin yarımmüdafiəçisi Pedri Avropa çempionatının 1/4 finalında Almaniyaya qarşı keçirdikləri oyunun (2:1) 8-ci dəqiqəsində onu zədələyən Toni Kroosun sonradan üzr istəməsinə münasibət bildirib.
Fanat.Az-ın məlumatına görə, aldığı zədə səbəbindən qitə birinciliyinin qalan matçlarında oynaya bilməyəcəyi açıqlanan orta xətt oyunçusu soaial şəbəkə hesabında belə bir paylaşım edib:
"Sözlərin üçün sağ ol, Toni. Bu, futboldur. Futbolda belə şeylər olur. Sənin karyeran və qazandığın mükafatlar tarixdə həmişəlik qalacaq".
Xatırladaq ki, AÇ-2024-ün yarımfinalında İspaniya Fransa, İngiltərə isə Niderlandla qarşılaşacaq.
Nihat