EN

Türkiyə Prezidenti: “Yeni dövrdə İngiltərə ilə əlaqələrin hər sahədə inkişafına davam edəcəyik"

“Yeni dövrdə müttəfiqimiz İngiltərə ilə əlaqələrimizin hər sahədə inkişafına davam edəcəyik”.

Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.

Ərdoğan İngiltərədəki seçki prosesindən danışıb:

"Məncə, indiyə qədər həyata keçirdiyi siyasət və İngiltərənin iqtisadi sahədə yaşadığı çətinliklər Rişi Sunakın ən mühüm itki səbəbi olub. Leyboristlər Partiyası 14 ildir seçkilərdə uğur qazana bilmirdi. Lakin indi 411 deputat mandatı ilə üstünlük qazandılar. Türkiyə ilə Böyük Britaniya arasında dərin ikitərəfli münasibətlər mövcuddur. Yeni dövrdə hər sahədə müsbət istiqamətləri inkişaf etdirmək niyyətindəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
1
ednews.net

2Sources